TOP 10

Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

Futbol
Tarix: 2019-07-21 18:33

Sabiq FİFA referisi Asim Xudiyevlə AFFA baş katibinin müavini Sərxan Hacıyev UEFA-dan yeni təyinat alıb. Sport24.az xəbər verir ki, onlar Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək ilk oyunlarda iş başında olacaqlar.
 

Xudiyev Bolqarıstanın Plovdiv şəhərində yerli "Lokomotiv" və Slovakiyanın "Spartak" (Trnava) komandaları arasında keçiriləcək oyunda hakim-inspektor funksiyasını yerinə yetirəcək. O, kiprli Timofeos Kristofinin rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək. İyulun 25-də Plovdivdəki "Lokomotiv" stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.


Hacıyev isə Macarıstanda "Fehervar" və Lixtenşteyn "Vaduts"u arasında keçiriləcək oyunda UEFA nümayəndəsi olacaq. İyulun 25-də Felçut şəhərindəki "Panço Arena"da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

CBCsport
13 Dekabr 2019
12 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB