TOP 10

“Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

Dünya Futbolu
Tarix: 2019-07-21 17:33

Geridə qalan mövsümün sonunda “Atletiko” ilə müqaviləsi başa çatan Filipe Luis klubla yollarını ayırıb. Sport24.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu üçün klub rəhbərliyi vida mərasimi təşkil edib.

Vida mərasimində klub rəhbərliyi, baş məşqçi Dieqo Simeone və bir çox futbolçular iştirak ediblər.


Braziliyalı futbolçunun 14 il sonra yenidən öz ölkəsində çıxış edəcəyi bildirilir. Filipe Braziliyanın “Flamenqo” klubu ilə razılıq əldə edib.


33 yaşlı futbolçu 2010-2014-cü illərdə “Atletiko”nun şərəfini qoruyub. 2014-cü ildə “Çelsi”yə transfer olunan futbolçu, 2015-ci ildə yenidən Madrid klubuna qayıdıb.

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB