TOP 10

"Neftçi" üçün potensial rəqiblər - onlar arasında "Trabzonspor"la "Səbail"i mübarizədən kənarlaşdıran var

Futbol
Tarix: 2019-07-21 15:51

"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, Roberto Bordinin komandası II əsnifat mərhələsində Tula "Arsenal"ını mübarizədən kənarlaşdırsa, növbəti raundda səpələnmişlər səbətində yer alacaq.

 

Bu da rəqibin reytinqinin ölkəsinə görə yüksək olmasıyla bağlıdı.

 

Beləliklə, "nneftçi" iyulun 22-də keçiriləcək püşkatmada reytinqi nisbətən aşağı olan komandalardan birinə potensial rəqib olacaq. "Neftçi"nin mümkün rəqibləri arasında I təsnifat mərhələsində "Səbail"i mübarizədən kənarlaşdıran "Universitatya Krayova" da var. Təbii ki, o da bir cütü təşkil edir. Birbaşa potensial rəqiblərdən biri isə "Trabzonspor"du. 


 

Avropa Liqası, III təsnifat mərhələsi

Səpələnmişlər

"Sparta" (Praqa, Çexiya)
"Espanyol" (İspaniya) - "Styarnan" (İslandiya) cütünün qalibi
"Domjale" (Sloveniya) - "Malmö" (İsveç) cütünün qalibi
AEK (Yunanıstan)
"Buduçnost" (Monteneqro) - "Zarya" (Ukrayna) cütünün qalibi
"Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan) cütünün qalibi

 

Səpələnməmişlər

"Trabzonspor" (Tükiyə)
"Utrext" (Hollandiya) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
SSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya) cütünün qalibi
"Lyutsern" (İsveçrə) - "Kİ Klaksvik" (Farer adaları) cütünün qalibi
"Bney Yehuda" (Tel-Əviv, İsrail)
"Honved" (Macarıstan) - "Universitatya" (Krayova, Rumıniya) cütünün qalibi


Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında ilk iyulun 25-də Tulada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab matçı isə 1 həftə sonra "Bakcell Arena"da olacaq.
 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB