TOP 10

Emil Balayevin baş məşqçisi qovuldu

Futbol
Tarix: 2019-07-21 13:08

Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" klubunun baş məşqçisi Vladimir Qazzayev istefaya göndərilib. Sport24.az xəbər verir ki, bu barədə Kostanay təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Qərarın klubun yeni inkişaf strategiyası ilə bağlı olduğu bildirilir. Qazzayevin qovulmasına əsas səbəb kimi "Tobol"un Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Jeness"inə uduzaraq mübarizəni dayandırması göstərilir. Rusiyalı mütəxəssislə yanaşı, köməkçisi Nikolay Latışla da yollar ayrılıb.

 

Xayırladaq ki, Qazzayev qış fasiləsində transfer etdiyi Balayevə "1 nömrə" kimi güvənib. 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB