TOP 10

"Ayaz Quliyev həmişə belə partlayışlı olub, bu, onun qanındadı, temperamenti belədi"

Futbol
Tarix: 2019-07-21 14:16

"Ayaz Quliyev həmişə belə partlayışlı olub. Bizim komandada cənublu uşaqlar çox idi - onlar hətta məşqlərdə uduzmağı sevmirdilər". Sport24.az xəbər verir ki, bu fikirləri Rusiyanın U-17 və U-19 yığmalarının sabiq baş məşqçisi Dmitri Xomuxa bildirib. 

 

Əslən azərbaycalı olan sabiq futbolçusu Ayaz Quliyevi incələyən təcrübəli rusiyalı mütəxəssis onun emosionallığından söz açıb: "Ayazla bu mövzuda ayrılıqda söhbətimiz olmayıb. Sadəcə, hamıya demişik ki, saniyə emosionallıq bütün komandanı pis vəziyyətdə qoymağınıza gətirib çıxara bilər. Fikrimcə, Ayaz vaxt keçdikcə sakit olacaq. Bu, təcrübəylə gələcəl. Hərçənd, çılğınlığından əlbəttə, tam xilas olmayacaq. Bu, onun qanındadı, temperamenti belədi".

 

Xatırladaq ki, hazırda "Spartak"da çıxış edən 21 yaşlı Quliyev eyni zamanda Rusiya yığmasında çıxış edir. 

 

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB