TOP 10

Şeydayevin sabiq baş məşqçisi onun millimizi seçməsində əsas günahkarları açıqladı: "Ramili əldən buraxmağımız axmaqlıqdı"

Futbol
Tarix: 2019-07-21 12:18

"Rusiya Premyer Liqasında möhkəmlənə bilməməyə görə daha çox Ramil Şeydayevə görə üzücüdü. Və onun Azərbaycan millisinədə çıxış etmək qərarına görə". Sport24.az xəbər verir ki, bu fikirləri Rusiyanın U-17 və U-19 yığmalarının sabiq baş məşqçisi Dmitri Xomuxa bildirib.

 

Onun sözlərinə, Ramil 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında bu ölkənin yığmasında forma geyinməyə namizəd ola bilərmiş: "Mənə elə gəlirdi ki, komandamızdan 3 nəfər - Barinov, Şeydayev və Mitryuşkinin dünya çempionatında çıxış etməyə yaxşı şansı vardı. Buna bütün əsaslar vardı. Ancaq görürsünüz, necə alındı".

 

Məlumdu ki, Ramil Rusiyanın bütün yaş qruplarından ibarət yığmalarda çıxış etsə, Avropa çempionu, final mərhələsinin bombardiri olsa da, sonda Azərbaycan millsini seçdi. Xomuxa bunda günahkarları açıqladı: "Bu, ilk növbədə agentlərdi. Onu müşayiət edən insanlar daha çox bunda maraqlı oldular, nəinki futbolçunun özü. Hansı ki gənc oğlan olaraq sonadək başa düşmürdü ki, nə etsin. Əlbəttə, bu, itkidi. Nəzərimcə, o, bu gün üçün Rusiya ylğmasında mərkəz hücumçusu mövqeyində ən perspektivli futbolçu idi. Xarakterli, ustalıq səviyyəsi, potensialı olan oğlandı. Bizdə belə futbolçular azdı ki, belə sadəcə, kənara atasan".

 

50 yaşlı mütəxəssis futbol federasiyalarını da suçladı: "Və bu Rusyanın gənclər yığmalarında iki Avropa çempionatında çıxış etmiş, onun heyətində vitse-çempionu olmuş forvard, belə sadəlikdə bizdən getsin - hesab edirəm ki, Rusiya Futbol İttifaqı tərəfindən açıq-aşkar əldən çıxmaqdı. Sadə dildə desək, axmaqlıqdı. Şəxsən mənə çox üzücüdür ki, Ramil yığmamıza kömək edə bilməyəcək".

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB