TOP 10

“Qəbələ”dən imtina

Futbol
Tarix: 2019-07-21 11:06

İyulun 22-də avrokubok iştirakçılarımızın 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblər müəyyənləşəcək. Bəs İsveçrə Nyonunda baş tutacaq püşkatmada  “Qarabağ”, “Neftçi” və “Qəbələ”ni kimlər təmsil edəcək? Bu suala cavab tapmaq üçün Sport24.az sözügedən klublarla əlaqə saxladı.

 

Çempionlar Liqasında İrlandiya “Dandolk”u ilə qarşılaşacaq “Qarabağ”ı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təmsil edəcək. Ağdamlılar qitə arenasında bütün hallarda III təsnifat mərhələsində mübarizə aparacaq. Çünki Britaniya təmsilçisini keçməsələr belə, mübarizəni Avropa Liqasında davam etdirəcəklər.

 

“Neftçi”yə gəlincə, “ağ-qaralar” komandanın baş meneceri Qədir Həsənovla təmsil olunacaqlar. Avropa Liqasının III təsnifat mərhələsindəki “potensial rəqib” ifadəsinin ilk sözünün ləğv olunaraq “rəqib” olması üçün “ağ-qaralar” Tula “Arsenal”ını yollarından yiğışdırmalıdırlar.

 

Nəhayət, “Qəbələ” barədə. Avroliqaya II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Nyona elçi göndərməməyi qərara alıblar. Tiflis “Dinamo”su ilə üz-üzə gələcək Sənan Qurbanovun komandası rəqibin kimliyini Qəbələdəki bazadan öyrənəcək.

 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB