TOP 10

Əliyev üçün 58 dəqiqə və 3 xal

Dünya Futbolu
Tarix: 2019-07-21 12:00

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 3-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Tekstilşik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

 

Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.

 

“Ximki” üç turdan sonra maksimum xalla 20 kollektiv arasında zirvədə qərarlaşıb.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB