TOP 10

"Arsenal"dan "Neftçi"ylə matçöncəsi çətin qələbə

Futbol
Tarix: 2019-07-20 19:44

"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Rusiyanın "Arsenal" klubu Premyer Liqada II turun matçını keçirib. Sport24.az xəbər verir ki, Tula komandası az öncə Samarada yekunlaşan "Krılya Sovetov"la görüşdə 3:2 hesablı qələbə qazanıb. 

 

Qonaqlar ilk hissənin ortasında 2 dəqiqəyə 2 qol vurub. Sergey Tkaçev 22-ci dəqiqədə hesabı açıb, bundan 2 dəqiqə sonra "Arsenal"ın zambiyalı yarımmüdafiəçisi Evans Kanqava hesabı 2:0 edib. 43-cü dəqiqədə meydan sahibləri "Atrsenal"ın qapısına "qayçıvari" zərbəylə çox gözəl qola imza atıb. 52-ci dəqiqədə Tula təmsilçisinin rumıniyalı hücumçusu Aleksandru Tudorie hesabda üstünlüklərini yenidən 2 top fərqinə çatdırıb. "Arsenal" bundan 4 dəqiqə sonra qapısında yenə top görüsə də, səfərdəki üstünlüyünü sonadək qoruya bilib - 3:2.

 

Beləliklə, tulalılar cari mövsümdə ilk qələbəsini qazanaraq 2 matçdan sonra hesabında 4 xal var. İoqr Çerevçenkonun komandası turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 

 

Xatırladaq ki, "Neftçi" "Arsenal"la ilk görüşünü iyulun 25-də Tulada Bakı vaxtilə saat 21:00-da keçirəcək. 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB