TOP 10

Nazarov enerji ilə doludu: "Hamı gördü ki, əsas heyətdə oynamağa layiqəm"

Futbol
Tarix: 2019-07-20 19:00

Almaniyanın "Aue" klubunun və millimizin futbolçusu "Herta" ilə yoxlama matçında çıxışına qiymət verib. Sport24.az xəbər verir ki, II Bnudesliqa təmsilçisinin yarımmüdafiəçisi Bundesliqa klubuna böyük hesabla qalib gəldikləri (4:1) qarşılaşmada oyununun uğurlu alındığını söyləyib: "Ümid edirəm ki, yenidən özümü xatırlada bildim. Məncə, "Herta" ilə matçda yaxşı oynadım. Hamı gördü ki, əsas heyətdə oynamağa layiqəm. Komanda yoldaşlarıma görə burdayam və onlara kömək etməyə hazıram. Gəlin, sadəcə gözləyək və hadisələrin necə inkişaf etdiyini görək".

 

Nazarov enerji ilə dolu olduğunu, start heyətdə meydana çıxıb-çıxmamağının baş məşqçidən asılı olduğunu diqqətə çatdırıb: "Müəyyən müddətdən sonra yenə özümü rahat hiss etdiyim mövqedə çıxış edirəm. Hamı bilir ki, qolların əksəriyyətini sevimli mövqeyimdə oynayanda vururam. Məhz yarımmüdafiənin mərkəzində yer alanda oyunu öz üzərimə götürə bilirəm".
 

 

 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB