TOP 10

Mahmudov "Neftçi"ylə "Qarabağ"ı Rusiya Premyer Liqasında 2-ci "8-lik"də görür: "Bordin hücum planında ən yaxşı məşqçimdi"

Futbol
Tarix: 2019-07-20 16:18

"Neftçi”nin kapitanı Emin Mahmudov Rusiya mətbuatına müsahibə verib. Millimizin də üzvü olan yarımmüdafiəçisi komandasının Avropa Liqasındakı ilk oyunu və Rusiya təmsilçisi “Arsenal”la qarşıdakı dueldən danışıb. Sport24.az həmin müsahibəni təqdim edir. 

 

- “Neftçi” Tula klubuna düşməzdən “Sperantsa”ya “divan tutdu”. Bu qədər güclü idiniz?

- Ümumi hesabın 9:0 olması qanunauyğundur. İlk oyunda əsasən standartlardan qol vururduqsa, evdə rəqibi hər planda üstələyirdik. Yaratdığımız imkanların bir hissəsindən istifadə etdik və layiqli şəkildə mərhələ adladıq.

 

- Rusiya klubuna düşməyinizə sevinirsiniz?

- Əlbəttə, xoşdur. Rusiyada yaşayıram, valideynlərimin evi Moskva ətrafındadır. Hər imkan düşdükcə onların yanına gedirəm. Yaxşı ki, məhz Tula “Arsenal”ına düşdük. Premyer Liqada çıxış etdiyimdə belə komanda yox idi. Amma əksər futbolçularla artıq tanışam. Kombarov və Qorbatenko ilə “Spartak”da, Lutsenko ilə Saranskda bir yerdə oynamışıq. Stadionda görüşüb, danışacağıq. “Arsenal”ın “Otkrıtıye Arena"da oyununu görmüşəm. Bilirəm ki, ikinci dövrədə çox güclü çıxış etdilər. Amma bizim də yaxşı komandamız var. Çalışacağıq ki, mübarizə aparaq və mərhələ adlayaq.

 

- “Neftçi” haqda danışardınız. Necə komandadır?

- Azərbaycan tarixinin ən titullu klubudur. Son 6 ildə “Qarabağ” dominantlıq edir. Amma ötən mövsüm biz də çempionluğa yaxın idik. Yeri gəlmişkən, burda “Neftçi” Rusiyada “Spartak” olduğu kimi “xalq komandası” sayılır. Belə alınır ki, xalq komandalarını gəzirəm.

 

- Amma daha çox “Zenit”ə oxşayır. Emblemində neft buruğu, adı isə aydın məsələdir...

- “Neftçi” əvvəl “Neftyanik” adlanıb. Ona görə adı da tarixidir. Axı, Bakı həmişə neft şəhəri olub. Əsas sponsorumuz da neft çıxarılması ilə məşğul olan SOCAR dövlət şirkətidir. Amma inanın ki, bu, “Zenit”də olan “Qazprom” kimi deyil.

 

- “Arsenal” ötən mövsüm 6-cı olub. “Neftçi” Rusiya Premyer Liqasında neçənci yeri tuta bilər?

- “Neftçi” və “Qarabağ”ın səviyyəsi Premyer Liqanın ikinci “səkkizliy”idi. Bəxtləri çox gətirsə, ilk “səkkizliy”in sonlarında qərarlaşarlar. Amma bizdə də yaxşı futbolçular var. Məsələn, qapıçımız Səlahət Ağayev ötən mövsümü möhtəşəm keçirdi. İndiölkənin ən yaxşı qolkiperidir. Hücumda yaxşı legionerlərimiz var. Yeni oyunçumuz Stiven Monrozla indi zədəli olan ən yaxşı bombardirimiz Baqali Dabo. Hər ikisi Fransadandır.

 

- Baş məşqçi də italiyalıdır...

- Bəli, Roberto Bordin. Futbolçu kimi “Napoli”də 100-dən çox matç keçirib. Bizə qədər “Şerif”i çalışdırıb və iki il öncə bu komanda Avropa Liqasının qrupunda Rusiyada “Lokomotiv”ə qarşı oynayıb. Ümumiyyətlə, italiyalılar müdafiə olunmağı sevirlər. Amma Bordin bizə hücum futbolu aşılayır. Əlbəttə ki, taktikanı da sevir. Yəqin ki, o, hücum planında ən yaxşı məşqçimdir.

 

- “Neftçi”də artıq 12 qol vurmusan. Bunadək karyeramda 3 qol var idi. Bunun səbəbi nədir?

- Rusiyada dayaq yarımmüdafiəçisi kimi oynayırdım. “Spartak”da ümumiyyətlə mərkəz xəttini nadir hallarda keçirdim. Bu üzdən ənə çətin idi. “Neftçi”də də yeni məşqçi gələnədək dayaq yarımmüdafiəsinin dərin zonasında başladım. Bordin sxemi dəyişdi və məni hücuma yaxın çəkdi. Özümün də qol vurmaqdan xoşum gəlir.

 

- Bordin səni kapitan da təyin edib. Hərçənd, bir ildir komandadasan...

- Bizdə yetərincə futbolçu dəyişikliyi oldu. Mənə hörmət bəsləyirdilər, hamı ilə münasibətim yaranmışdı. Buna görə də baş məşqçi məni kapitan təyin etdi.

 

- “Neftçi”nin oyunlarına nə qədər azarkeş gəlir?

- Təəssüf ki, Rusiyadakı kimi deyil. Stadionumuz 15 min tutuma malikdir. Azərbaycan çempionatının oyunlarına 3-4 min gəlir. Əminəm ki, “Arsenal”la Avropa Liqası matçında tamaşaçı sayı qat-qat çox olacaq.

 

 

 
CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB