TOP 10

Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

Dünya Futbolu
Tarix: 2019-07-20 12:16

Ukraynanın “Aleksandriya” klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Türkmənistanın “Altın Asır” klubu ilə üz-üzə gəlib.


Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb. “Aleksandriya” rəqib qapısından 5 cavabsız top keçirib.


Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB