TOP 10

“Barselona”nın futbolçusu rəsmən “Xetafe”də

Dünya Futbolu
Tarix: 2019-07-19 13:17

“Barselona” bir müddət əvvəl “Eybar”dan transfer etdiyi Mark Kukurelyanı icarəyə göndərib. Sport24.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Xetafe” klubuna 1 illik icarəyə verilib. 


Bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb. “Xetafe” 2019/20 mövsümünün sonunda 6 milyon avro ödəyərək, Kukurelyanın transfer hüquqlarına sahib ola bilər.


“Barselona”nın yetirməsi olan Kukurelya, 2018-ci ildə “Eybar”a transfer olunmuşdu. Kataloniya təmsilçisi 4 milyon avro ödəyərək, ispan müdafiəçini yenidən heyətinə qatmışdı.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB