TOP 10

"Arsenal"ın aparıcı futbolçusu "Neftçi"yə qarşı oynamayacaq - "Spartak" transfer etdi

Futbol
Tarix: 2019-07-19 13:31

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan "Arsenal" aparıcı futbolçusunu itirib. Sport24.az xəbər verir ki, Tula klubu hücumameylli yarımmüdafiəçisi Rezuan Mirzovla yollarını ayırmalı olub. 

 

"Rostov" icarəyə verdiyi, Rusiya millisinə də cəlb olunan 26 yaşlı Mirzovu "Spartak"a satıb. Transfer məbləğinin 5 milyon avro olduğu deyilir. Moskvaya gələn Rezuan tibbi müayinədən sonra Rusiyanın ən titullu klubuyla müqaviə imzalayıb.

 

Xatırladaq ki, Mirzov ötən mövsüm tarixində ilk dəfə avrokuboklara çıxmaqda pay sahibi olduğu "Arsenal"da 23 matçda 6 qol vurub. 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB