TOP 10

Abasov toplanışın ilk hissəsini dəyərləndirdi: "Hər şey gözlədiyimdən də yaxşı keçdi"

Futbol
Tarix: 2019-07-19 10:47

“Zirə”nin baş məşqçisi Samir Abasov “Keşlə” ilə Zirədə 2:2 hesabıyla nəticələnən yoxlama matçı və toplanışın ilk hissəsi haqda fikirlərini bildirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis qarşılaşmanın bir az sərt keçdiyini bildirərək bunun da başadüşülən olduğunu söyləyib: "Çünki hamı özünü göstərmək istəyir. “Keşlə”yə də uğurlar arzulayıram. Hazırlığın geridə qalan müddəti haqda onu deyə bilərəm ki, hər şey gözlədiyimdən də yaxşı keçdi. Futbolçular komandaya ilk gündə qoşulanda elə vəziyyətdə idi ki, sanki çempionat yenicə başa çatıb. Bu da futbolçuların peşəkarlığından irəli gəlir. Bu, həddən artıq sevindiricidi. Yeganə üzücü məqam Tellur Mütəllimov və Cavid Hüseynovun zədələnməsi oldu. Amma ümid edirik ki, tez müddətdə sağalıb, komandaya qoşulacaqlar. Azərbaycanda sonuncu oyunumuz idi. Ayın 20-də Türkiyədə toplanışımızın ikinci hissəsi başlayacaq. Orada da 4 yoxlama oyununa çıxacağıq”.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB