TOP 10

"Neftçi" "Bakcell Arena"da tilsimi qırdı

Futbol
Tarix: 2019-07-19 11:19

"Neftçi" "Bakcell Arena"da tilsimi qırıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar" 2013-cü ildən öz stadionu olan bu arenada avrokuboklarda nəhayət, ilk qələbəsini qazanıb. Bu, Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubunu 6:0 hesabıyla məğlub etdiyi matçdı.

 

Flaqman son 6 ildə bu arenada Çempionlar Liqasında Albaniya "Skenderbeu"sunu (0:0),  Avropa Liqasında Sloveniya "Koper"i (Avropa Liqasında 1:2), Gürcüstan "Çixura"sı (0:0), Çernoroqiya "Mladost"unu (2:2), Malta "Baltsan"ını (1:2), Makedoniya "Şkendiya"sını (0:0) məğlub edib. "neftçi" hazırkı italiyalı baş məşqçisi Roberto Boridnlə ötən il nəhayət, ev qələbsi qazansa da, Macarıstan "Uypeşt"i "Dalğa Arena"da 3:1 hesabıyla məğlub edilmişdi. 

 

 

"Neftçi" bu tilsimi Azərbaycan futbolu tarixində avrokuboklarda ən böyük hesablı qələbə qazanan ilk komanda olmaqla qırıb. O, futbolumuz tarixində avrokuboklarda iki matçın cəminə görə ən böyük hesablı qələbə qazanan komanda da olub (9:0). "Neftçi"nin digər ilkləri aşağıdakılardı: 

 

 "Neftçi" avrokuboklarda ilk dəfə olaraq 1 rəqibə qarşı hər iki matçda penalti vurmaq hüququ qazandı. (2/2)

"Neftçi" ilk dəfə avroliqa matçında 1 rəqibə hər iki matçda qalib gələrək mərhələ adlayır. 

"Neftçi" ilk dəfə avrokuboklarda 1 məhləni qol buraxmadan keçdi.

Dario Frederiko "Neftçi"nin heyətində ilk dəfə avrokuboklarda qol vurdu.

Vangelis Platellas "Neftçi"nin heyətində ilk qolunu vurdu. Eləcə də ilk dəfə dubl etdi.

Vangelis Platellas "Neftçi"nin tarixində bir ev matçında dubl edən ilk legioner oyunçu oldu.

İsmayıl Zülfüqarlı "Neftçi"də ilk qolunu vurdu. Bu yarımmüdafiəçi həm "Neftçi"də, həm də vrokuboklarda qol vuran ən gənc azərbaycanlı oyunçu oldu. 2001-ci ilin aprelin 16-da anadan olan İsmayıl 18 yaş 93 günlüyündə vurub. 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB