TOP 10

Fransa klubu Molla ilə gücləndi

Dünya Futbolu
Tarix: 2019-07-19 11:33

Fransanın “Nant” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın “Udineze” klubunun müdafiəçisi Volla Vaqeni transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.


Malili futbolçunun transferi yeni klubuna 1,5 milyon avroya başa gəlib.


Vaqe ötən mövsüm icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda oynayıb.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB