TOP 10

“Qalatasaray” yeni transferlərini rəsmən açıqladı

Dünya Futbolu
Tarix: 2019-07-19 10:33

Türkiyə çempionu “Qalatasaray” heyətini daha iki futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Jan Mikael Seri və qapıçı Okan Koçuku heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Seri İngiltərənin “Fulhem” klubundan icarəyə götürülüb. 27 yaşlı futbolçu 2019/20 mövsümündə icarə əsasında İstanbul təmsilçisində oynayacaq. O, yeni klubunda bir mövsüm üçün 2.8 milyon gəlir əldə edəcək. "Cim-Bom" "Fulhem"ə 1.5 milyon avro icarə haqqı ödəyəcək. "Qalatasaray" mövsümün sonunda 18 milyon avro verərək Serinin transfer hüquqlarını da almaq şansı əldə edib.


Geridə qalan mövsümdə “Fulhem”lə 34 oyuna çıxan Seri, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. O, 2005-ci ildən dəvət aldığı Fil Dişi Sahili yığmasında 26 oyun keçirib.


Okan Koçuk isə “Bursaspor”dan gəlib. Bursa klubu ilə müqaviləsinin müddəti bitən gənc qolkiper, İstanbul təmsilçisinə azad agent statusunda keçib. O, yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. 23 yaşlı qapıçı “Qalatasaray”dakı ilk ilində 2.5, ikinci ilində 2.75, üçüncü ilində 3.25, dördüncü ilində isə 3.75 milyon TL qazanc əldə edəcək. Koça 3 milyon TL imza pulu da ödəniləcək.


“Bursaspor”un yetirməsi olan Okan, geridə qalan mövsümdə Super Liqada 22 oyuna çıxıb.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB