TOP 10

Kapitandan debütə qiymət: "Xal götürməməyimizi də, mərhələni adlamamağımızı da uğursuzluq saymaq olar, ancaq..."

Futbol
Tarix: 2019-07-19 10:00

Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında Rumıniyanın “Universitatya” klubuna 2:3 hesabı ilə məğlub olan “Səbail” turnirlə vidalaşdı. Qarşılaşmadan sonra komandanın kapitanı Rahid Əmirquliyev Sport24.az-ın Krayovaya ezam olunmuş əməkdaşının suallarını cavablandırdı.

 

- Bəli, rəqib adlı-sanlı idi, amma komandanız iki oyuna 4 qol vursa da, hər iki matçda məğlub oldu. Rumınları keçməyə nə mane oldu?
- Rəqibi yaxşı təhlil etmişdik. “Universitatya”nın zəif yerlərini müəyyən etmişdik. Bundan istifadə etməliydik. Oyuna müdafiədən başladıq. İstəmirdik ki, qol buraxaq. Təəssüf ki, qapımızın toxunulmazlığını qoruya bilmədik. Açıq deyirəm, birinci hissədə çox zəif oynadıq. Fasilədən sonra qapımızda daha bir qol görsək də, ruhdan duşmədik. Sürəti artırdıq, rəqibi sıxdıq və ardıcıl iki qol vurduq. Heyif ki, hava-su kimi lazım olan 3-cü qolu vura bilmədik. Əvəzində isə öz qapımızda top gördük.

 

- İki oyunun nəticəsini necə qiymətləndirirsən?
- “Səbail” tarixində ilk dəfə idi ki, qitəmiqyaslı turnirdə iştirak edirdi. Cəmi 3 ildi fəaliyyət göstərir. Doğrudur, heyətimizdə beynəlxalq təcrübəsi olan futbolçular var. Ancaq rəqiblə müqayisə etdikdə... Əlbəttə, heç kəs uduzmaq istəməz. Hesab edirəm ki, layiqli mübarizə apardıq. 

 

- “Səbail" ardıcıl iki oyunda qapısında 3 qol gördü. Komandanın kapitanı buna necə qiymət verir?
- Bunu tək müdafiənin üstünə atmaq istəmirəm. Səhv varsa, qol buraxılıbsa, bu, bütün komandanın günahıdır. Ancaq iki oyuna qapımızda 6 qol gormuşüksə, deməli, komanda olaraq pis müdafiə olunmuşuq. 

 

- Komandanız iki oyuna reytinq üçün 1 xal belə götürmədi. Razısanmı ki, bu, uğursuzluqdu?
- Əlbəttə, xal götürməməyimizi də, mərhələni adlamamağımızı da uğursuzluq saymaq olar. Ancaq oyun baxımından bu cür rəqibə layiqli müqavimət göstərdik. Bütün hallarda, məğlub olmuşuq, bu da həm bizim, həm də futbolumuz üçün pis haldı.

 

 

CEYHUN ƏLİYEV, Krayova
 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB