TOP 10

Stankoviç "Neftçi"nin "Arsenal"ı keçmək şanslarının olduğunu hesab edir: "Oyunumuzu yaxşılaşdırıb bunu göstərməliyik"

Futbol
Tarix: 2019-07-19 09:26

Neftçi”nin serbiyalı müdafiəçisi Voislav Stankoviç Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Bakıda Moldovanın “Sperantsa” klubuna qalib gəldikləri (6:0) matçdan sonra müsahibə verib. Sport24.az xəbər verir ki, 32 yaşlı legioner jurnalistlərin suallarını cavablandırıb. 

 

- Belə hesabla qalib gələcəyinizi gözləyirdin?

- Matça yaxşı hazırlaşmışdıq. Təbii ki, qələbə gözləyirdik. Deyə bilmərəm ki, böyük hesablı, ya yox. Ancaq yetərincə ciddi hazırlaşmışdıq. Yaxşı oyun nümayiş göstərdik, qalib gəldik.

 

- Baş məşqçinin istədiyi oyun budur? Baş məşqçinin tələb etdiyi oyunun neçə faizini verə bilirsiniz?

- Artırmalıyıq. Düzdür, böyük hesabla qalib gəlmişik, ancaq bu qarşılaşmada da səhvlər buraxırdıq. Öz üzərimizdə çalışmalıyıq. 

 

- “Neftçi”nin müdafiə betonunun Petrovla Stankoviçin olduğunu demək olar?

- Bu, baş məşqçiyə aid sualdı. Birinci oyunda Mbodjla Petrov müdafiənin mərkəzində çıxış etmişdi. Bu dəfə isə mənimlə Petrov birgə oynadıq. Hər şey baş məşqçinin qərarından asılıdır. Futbolçuyam və vəzifəm baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdir.

 

- II mərhələdə rəqibiniz Rusiya “Arsenal”ı olacaq. Tula təmsilçisinin oyunlarına baxmısınız? Bu komandanı keçmək şansınız var?

- Məncə, şanslarımız var, olacaq. Rəqibin oyunlarına baxmamışıq. İki gün sonra bu  görüşə hazırlaşmağa başlayacağıq. “Arsenal” yaxşı komandadır. Ancaq bizim də komanda da yaxşıdır. Oyunumuzu yaxşılaşdırıb, həmin oyunlarda şanslı olduğumuzu göstərməliyik.

 

- “Vulverhempton”, “Espanyol”, “Roma”, “Ayntraxt” kimi klublar da “Neftçi”nin potensial rəqibləri idi. “Arsenal”ın daha münasib olduğunu demək olar?

- Təbii ki, daha güclü rəqib düşə bilərdi. “Arsenal”a qarşı yaxşı hazırlaşmalıyıq. Onlara qarşı yaxşı oyun sərgilməliyik.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB