TOP 10

Monroz "Neftçi"də qollarının ardının gələcəyinə əmindi: "Driblinqlərim də gələcək"

Futbol
Tarix: 2019-07-19 09:00

“Neftçi”nin legioneri Stiven Monroz Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Bakıda Moldovanın “Sperantsa” klubuna qalib gələn (6:0) matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, fransalı hücumçu jurnalistlərin suallarını cavablandırıb.

 

- "Arsenal"la oyun öncəsi iki oyuna doqquz vurdunuz. Bu, sizin üçün yaxşı motivasiya oldu?

- Əlavə motivasiyaya ehtiyacımız yoxdu. Hər matça kifayət qədər motivasiya ilə çıxırıq. Onu da başa düşürük ki, ikinci mərhələdəki görüşlərimiz daha çətin keçəcək. Çünki rəqibimiz daha səviyyəli komandadır. Onu da biildirim ki, evdə azarkeşlər önündə qalib gəlmək bizim üçün ikiqat vacib oldu.

 

- Futbolçular üçün əsl motivasiya pul hesab edilir. İddialar görə “Sperantsa” səddini keçdiyiniz üçün 3 min manat mükafat almısınız. Yəqin ki, “Arsenal”la oyunda daha çox pul istəyəcəksiniz...

- Bu, sadəcə, şayiədir.

 

- “Qəbələ”də daha çox driblinqlər edirdin. “Neftçi”də isə fərqli cür çıxış edirsən. 

- Düz vurğuladınız. “Neftçi” yeni komandamdır. Heyətimizdə Dario və Platellas kimi texnikalı futbolçular var. Hər biririmizin vəzifəsi var. Onu deyə bilərəm ki, driblinqlərim də gələcək. Yavaş-yavaş komandaya uyğunlaşandan sonra oyunumu göstərəcəm. Hazırda kifayət qədər texnikalı futbolçularımız var.

 

- “Qəbələ”dən sizinlə bərabər Rauf Əliyev və Vojislav Stankoviç “Neftçi”yə gəldi. Uyğunlaşmaq bu baxımdan çətin olmayacaq ki?

- Təbii ki, Raufla Voijslavın burada olması mənə kömək edir. Onsuz da komandaya uyğunlaşıram. İki oyuna iki qol vurmuşam. Bunun üçün çox xoşbəxtəm və əminəm ki, ardı da gələcək.

​​​​​​

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB