TOP 10

Mahmudov 6:0-la Efrosa yaxşı cavab verdiklərini bəyan etdi: "Arsenal"la bacarmaq olar, onunla matçlarda daha çox qaçmalı olacağıq"

Futbol
Tarix: 2019-07-19 01:00

"Çox yaxşı nəticə qazandıq. Qarşılaşmanın ilk 10-15 dəqiqəsində çox top itirməyə başladıq. Ev tapşırıqlarını oyunda yaxşı göstərdik". Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futboluçusu Emin Mahmudov Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Moldova "Sperantsa"sını 6:0 (ilk oyun 3:0) hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib. 

Mahmudov bu qələbəylə "Sperantsa"nın baş məşqçisi Kristian Efrosa yaxşı cavab verdiklərini deyib: "Bizim üçün əsas qələbə idi. Bütün oyunlarda şansımız var. Çalışacağıq ki, "Arsenal"a qarşı daha aqressiv, inamlı oynayaq və qələbə qazanaq. Rusiya çempionatı bizimkindən çox üstündür. Amma bizim də şansımız var. Futbolda hər şey ola bilər. Onlarla bacarmaq olar. Çalışacağıq ki, qələbə qazanaq".

 

27 yaşlı yarımmüdafiəçi Tula "Arsenal"ıyla görüşlərdə daha çox qaçmalı olacaqlarını hesab edir: Oyunlara daha çox köklənməliyik. Çünki ruslar başqa səviyyədir. Rusiya komandaları daha çox mübarizə aparırlar. Ona görə də bundan da yaxşı oynamaq lazımdır". 

 

 

05 Dekabr 2019
04 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB