TOP 10

Kamran Quliyevdən yeni transferlərlə bağlı açıqlama: "Deməzdim ki, şou göstərdilər, məncə, indiki vəziyyətə görə yaxşı oyun sərgilədik"

Futbol
Tarix: 2019-07-19 00:37

“Neftçi”nin prezidenti Kamran Quliyev.Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Bakıda Moldovanın “Sperantsa” klubuna 6:0 hesabıyla qalib gəldikləri matmdan sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, klub rəhbəri əvvəlcə oyun barədə fikirlərini bildirib:

 

- Azarkeşlərə görə çox sevinirəm. Onlar stadionu sevinc hissiylə tərk elədilər. Bütün komandanı təbrik edirəm. Deməzdim ki, şou göstərdilər, məncə, indiki vəziyyətə görə yaxşı oyun göstərdik. Ən çox da İsmayıl Zülfüqarlıya görə sevindim. Avropa Liqasında bu yaşda qol vuran ən gənc azərbaycanlı oldu. Sevindirci haldır ki, yetirmələrimizə də şans veririk. Bu gün yaxşı günümüzdür.

 

- Rəqibin baş məşqçisi və prezidenti ilk oyundna sonra qıcıqlandırıcı atmacalar atırdı. Bu qələbə onlara cavab oldu?

- İlk oyun idi. İstənilən rəqibə qarşı komanda var qüvvəsiylə oynayır. Hazırda tam güc yığılmayıb. İki həftə əvvəl təlim-məşq toplanışından qayıtdıq. Efrosa gəlincə, onun sözləri daha çox öz futbolçularına təsir etməlidir. “Sperantsa”nın prezidenti yaxşı insandır, onu yaxından tanıdıq, futbolu sevir. İnanmıram ki, onların sözü təsir etsin.

 

- “Neftçi” növbəyi mərhələdə “Arsenal”ı keçə biləcək gücdədir?

- Nə deyə bilərəm? “Arsenal” yaxşı komandadı, keçən mövsüm Rusiya Premyer Liqasında 6-cı olub. Öz gücümüzə inanırıq. İnanmaq istəyirik ki, komanda daha intizamlı şəkildə oyuna köklənəcək. Səfərdə yaxşı nəticə qazansaq, evdə stadion dolu olacaq, azarkeşlər komandanı qələbəyə səsləyəcək.

 

- İlk oyunun Rusiyada olması üstünlükdür?

- Baxır ilk oyunun nəticəsinə. Orada qol vurmasaq, gərək, evdə qapımızı toxunulmaz saxlayaq. Ötən il “Uypeşt”lə ilk oyunu evdə keçirmişdik. Nəticənin də necə olduğunu bilirsiniz.

 

- Yeni transferlərə ehtiyac var?

- Ehtiyac var. İki futbolçuyla danışıqlar aparırıq. Hər ikisi yarımmüdafiəçidir. Hələ ki, heç nə bəlli deyil. Bu gün bilinəcək.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB