TOP 10

Vüqar Əsgərov oynadı, komandası Avroliqada mərhələ adladı

Dünya Futbolu
Tarix: 2019-07-19 00:18

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi Latviyanın “Liepaya” klubu da bu turnirdə növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə Belarusun “Dinamo” (Minsk) klubu ilə üz-üzə gəlib. “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı futbolçumuzun komandası bu rəqiblə oyundan heç-heçə ilə ayrılmışdı – 1:1. Cavab görüşündə isə 2:1 hesablı qələbəyə sevinən “Lieapaya” növbəti mərhələyə adlayıb.


Vüqar da bu görüşün iştirakçısı olub. Starkov millimizin sabiq forvardını 77-ci dəqiqədə meydana buraxıb. 


Əsgərovun komandası 2-ci təsnifat mərhələsində İsveçin “Norçöpinq” klubu ilə qarşılaşacaq. İlk oyunu səfərdə keçirəcək “Liepaya”nın cavab matçı evdə olacaq.

05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB