TOP 10

"Sperantsa"nın baş məşqçisi yenə öz ampulasında oldu, bu dəfə qeyri-etik şeydən danışdı: "Neftçi" qrupa düşsə, bununla fəxr edərik"

Futbol
Tarix: 2019-07-18 23:18

Moldovanın "Sperantsa" klubunun baş məşqçisi Kristian Efros Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"yə "Bakcell Arena"da 0:3 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə ağır məğlubiyyəti şərh edib. 

 

- Çox danışmaq olar. Sadəcə, rəqibi qələbə münasibətilə təbrik edirəm. 

 

- İlk oyunda ehyam vurmuşdunuz ki, "Neftçi" hakimlər hesabına qalib gəlib. Yenə bu fikirdəsiniz?

- Bu oyunda yox, ancaq ilk matçda bəli. Bu dəfə özümüz özümüzə problem yaratdıq, böyük riskə getdik. Təəssüf ki, hələ "Liverpul" deyilik ki, geridönüş edək. 

 

- Adətən böyükhesablı məğlubiyyətlərdən sonra baş məşçqi klub prezidentinə hesabat verir. Oğul Efros ata Efrosa nə deyəcək?

- Bu, bizim problemdi, dəqiq sizin yox. Hesabata dediyiniz kimi, prezidentə verəcəm, mətbuata yox.

 

- İlk oyundan əvvəl "Neftçi"yə cididi yanaşmırdınız. Yəqin ki, bu nəticələrdən sonra komandanızı yaddan çıxarmayacaqsınız...

- Onda demişdiniz ki, aqressiv cavab verirəm. Ancaq siz aqressiv suallar verirsiniz. Bu gün media olaraq xoşunuza gələn çox şey danışaram. Gəlin, futboldan yox. həyatdan danışaq. Maaşınız az olsa, böyük olmasını istəyəcəksiniz. Heç nədən qorxmuram. Kişi cini orqanlarımda hər şey qardasındadı. Həmişə udmaq istəyirəm, bu dəfə alınmadı, sabah alınacaq. Axmağın biri deyə bilər ki, oyundan əvvəl uduzacaq.

 

- Sizə elə gəlmir ki, azərbaycanlı jurnalistlərin aqressiyası ata-bala olaraq oyundan əvvəl açıqlamalarınıza görə oldu?

- Nə demişik, problem nədədir ki? Moldovada pomidor, çaxır çoxdu, sizdə isə neft. Bununla qürur duymalısınız. Burda da bəzi xoşagəlməz nüanslar oldu. Ancaq "Neftçi"nin rəhbərliyi kimi demədim ki, meydançanı sulamadıq. Heç vaxt Azərbaycan, Bakı haqda pis söz işlətməmişəm. Burda qonaqpərvərliyiniz də xoşuma gəldi. "Neftçi"nin iradları xoşumuza gəlmədi. Ancaq buna görə heç nə demək istəmirəm.

 

- "Neftçi" növbəti mərhələdə "Arsenal"ıyla qarşılaşacaq. Şansımızı necə dəyərləndirərdiniz?

- Mentalitemimizə görə bir şey demərəm. "Neftçi" qrupa düşsə, bununla fəxr edərik. Hər iki komandaya uğurlar arzulayıram.

 

 

 

MEHMAN SÜLEYMANOV

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB