TOP 10

Azərbaycan avrokuboklarda ən böyükhesablı qələbəsini qazandı

Futbol
Tarix: 2019-07-18 23:00

"Neftçi" Azərbaycan futbol tarixinə düşüb. Sport24.az xəbər  verir ki, "ağ-qaralar" ölkəmizə 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyükhesablı qələbəni qazandırıb.

 

Bu, Moldovanın "Sperantsa" klubunu "Bakcell Arena"da 6:0 hesabıyla məğlub etməsiylə gerçəkləşib. İlk oyunda rəqibi 3 cavabsız qolla məğlub edən "ağ-qaralar" bu dəfə daha rəhmsiz olublar. Rekord gətirən son qola "Neftçi"nin 18 yaşlı yetirməsi İsmayıl Zülfüqarlı imza atıb.

 

Bu darmadağın sayəsində "Neftçi" avrokuboklarda bir oyunda rəqibin qapısından 6 və daha artıq top keçirən ilk Azərbaycan klubu olub. Bunadək "Qarabağ" "Samtredia"nı (Gürcüstan), "İnter" (indiki "Keşlə") "Trans Narva"nı (Estoniya) 5:0 hesabıyla yenməyi bacarmışdı. "Neftçi" avrokuboklarda iki oyunun nəticəsinə görə (9-0) rəqibin qapısından ən çox top keçirən Azərbaycan klubu adına da yiyələnib.

 

İndiyə qədər klublarımızın avrokuboklarda iki oyunun nəticəsinə görə  ən böyükhesablı qələbələrini "Qarabağ" "Banqa" (Litva), "İnter" (indiki "Keşlə") "Trans Narva" (Estoniya) üzərində qazanmışdı (7:0).

 

05 Dekabr 2019
04 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB