TOP 10

"Dandolk"un baş məşqçisinin köməkçisi "Dalğa Arena"da olub: "Qarabağ"la matçlarımız ona görə fərqli olacaq ki..."

Futbol
Tarix: 2019-07-18 19:16

"Dandolk"ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Qarabağ"ı dəyərləndirib. Sport24.az xəbər verir ki, 42 yaşlı mütəxəssis köməkçisi Stiven O`Donnelin Ağdam klubununun "Partizani"yə qarşı Bakıdakı oyunununu stadiondan izlədiyini bildirib: "Mən isə rəqibin son iki oyunununun videosunu izləmişəm. İərli gedə bilsək, çox yaxşı imkanımız olacaq. Amma "Qarabağ"a məğlub olsaq, mübarizəni Avropa Liqasında davam etdirəcəyik. Özümüzə şans vermişik. Layiq olduğumuz mövqeyə yavaş-yavaş irəliləməliyik. Özümüzü 2016-cı ildəki komanda ilə müqayisə etmək istəmirəm. Fərqli heyətimiz var. “Qarabağ”ın avrokuboklarda qrup mərhələsinin daimi iştirakçısı olduğuna bir qədər fərqli matçlar olacaq. Ancaq komandamın yaxşı çıxış edəcəyinə inanıram".

 

Xatırladaq ki, "Qarabağ" "Partizani"ni "Dalğa Arena"da 2:0 hesabıyla məğlub edərək, "Dandolk" isə "Riqa"yla səfər matçında oyunsonrası penaltilərlə mərhələ keçib.

 

05 Dekabr 2019
04 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB