TOP 10

“Atletiko”dan bu yayın 8-ci transferi - RƏSMİ

Dünya Futbolu
Tarix: 2019-07-18 19:23

“Atletiko” yay transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, Madrid təmsilçisi “Espanyol”dan Mario Hermosonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.


“Real”ın yetirməsi olan Hermoso, 2017-ci ildən “Espanyol”da çıxış edirdi.


Hermoso “Atletiko”nun bu yay aldığı 8-ci yeni futbolçudu. Madrid klubu daha öncə Felipe Monteyro, Renan Lodi, Markos Lyorente, Hektor Herrera, Joao Feliks, İvan Şaponyiçi və Kiran Trippyeri transfer etmişdi.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB