TOP 10

"Qarabağ"ın rəqibinin baş məşqçisi üçün Joze Mourinyodan gözlənilməz zəng

Futbol
Tarix: 2019-07-18 18:00

Məşhur portuqaliyalı məşqçi Joze Mourinyo "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Dandolk"ın baş məşqçisi Vinni Perti təbrik edib. Sport24.az xəbər verir ki, bu, İrlandiya təmsilçisinin I təsnifat mərhələsində "Riqa"nı Latviyada penaltilər seriyasında 5:4 məğlub etməsindən sonra baş verib.

 

"Sky Sports"un sabiq müxbiri Endi Bartonun təşəbbüsü ilə hər iki məşqçi arasında telefon danışığı olub. Perti qələbə münasibəti ilə təbrik edən Mourinyo onunla bir neçə dəqiqə söhbət edib "Dandolk"ın baş məşqçisi gözlənilməz telefon zəngi ilə bağlı bunları deyib: "Mourinyodan zəng gəldi. Mən ilk dəfə səsi eşitdiyim zaman emosional idim. İnsanların son illər onun haqda nələr danışdığını bilirəm. Ancaq Mourinyo mənim üçün hər zaman bir qəhrəmandı".

 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB