TOP 10

"Neftçi" "Qarabağ"a uğur gətirən tarixdə ilk dəfə oynayacaq

Futbol
Tarix: 2019-07-18 16:19

"Neftçi" 1995-ci ildən çıxış etdiyi avrokuboklarda ilk dəfə iyulun 18-də matç keçirəcək. Sport24.az xəbər verir ki, bunadək həmin tarixdə daha çox "Qarabağ" oynayıb. 

 

Özü də bu, uğurlu olub. Belə ki, Qurban Qurbanovun komandası Avroliqada Polşa "Pyast"ını evdəki ilk matçda 2:1 hesabıyla məğlub edib, Çempionlar Liqasında (ÇL) isə Gürcüstan "Samtredia"sını Tiflisdə 1:0 hesabıyla yenərək, Sloveniya "Olimpiya"sıyla Bakıda qolsuz bərabərliyə qalaraq mərhələ adlayıb.

 

"İnter", "Xəzər Lənkəran" və "Bakı" üçünsə 18 iyul tarixi uğursuz olub. İlk 2 komanda 2013-cü ildə Avroliqada bu gündə ilk matçlarında 0:2 hesabıyal uduzublar. "Bakı" isə 13 il əvvəl ÇL-də debütündə "Sioni"ni evdə 1:0 hesabıyla üstələsə də, bu, cütün qalibi olmağına imkan verməyib.

 

Xatırladaq ki, bu gün "Neftçi"ylə birgə Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçını keçirəcək "Səbail" avrokubokların debütantıdı. 

05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB