TOP 10

Lion “Olimpik”ini “Renn”ə dəyişdi

Dünya Futbolu
Tarix: 2019-07-18 19:59

Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 klubu elitanın digər təmsilçisi – Lion “Olimpik”ində forma geyinən müdafiəçi Jeremi Moreli transfer edib.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Fransada anadan olan, Madaqaskar yığmasının şərəfini qorumuş təcrübəli futbolçu “Loryan”ın yetirməsidi. O, 2002-2011-ci illər aralığında məhz bu komandanın uğurları üçün çalışıb. 2011-15-ci illər aralığında Marsel “Olimpik”ində oynamış Morel, 2015-ci ildən də Lion “Olimpik”ində forma geyinirdi.

05 Dekabr 2019
04 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB