TOP 10

Aylton "Qarabağ"da uğurlu debütünə sevinir: "Keyfiyyətli futbolçularla komplektləşmişik ki, bu da komfort oyuna şərait yaradır"

Futbol
Tarix: 2019-07-18 15:16

"Çətin qarşılaşma oldu. Çünki rəqib matçın böyük hissəsini müdafiəyə qapanırdı. Bu zaman bizə topu düzgün nəzarət etmək lazım idi. Şadam ki, bu, bizdə alındı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın yeni transferi Aylton Silva bildirib.

 

Braziliyalı sol cinah müdafiəçisinin fikrincə, Çempionlar Liqasının I təsnifat mərhələsində evdə 2:0 hesabıyla məğlub edərək mərhələ adladıqları Albaniyanın "Partizani" klubu bir epizodda onların qapısıya yol tapmağa çox yaxın olsa da, idman xoşbəxtliyi onların tərəfindən olub: "Partizani"də də bir yüzfazili qol imkanı vardı. Ancaq bəxt bizim üzümüzə güldü. Bundan sonra sonra şansımızdan istifadə edərək qələbəni əldə etdik".

 

"Qarabağ"da rəsmi debütünü keçirən Aylton bunun uğurlu alınmasına sevinir: "Qarabağ"a gələndə, məni bu komandada həmyerlilərim yox, bütün kollektiv isti qarşıladı. Dərhal özümü evdəki kimi hiss etdim. Nəyə qadir olduğum mənə məlumdu. Komandamız keyfiyyətli futbolçularla komplektləşib ki, bu da komfort oyuna şərait yaradır. Şadam ki, "Qarabağ"a kömək edə bildim".

 

Xatırladaq ki, "Qarabağ" məhz Silvanın sol cinahdan ötürməsindən sonra Filip Ozobiçin başla zərbəsiylə qarşılaşmada hesabı açıb. 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB