TOP 10

Dani "Qarabağ"ı 100-ə daşıdı - Musayevlə başlayan yol

Futbol
Tarix: 2019-07-18 15:00

Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində "Partizani"ylə matçda "Qarabağ"ın ikinci qoluna imza atan Dani Kintana klubunun tarixinə düşüb. Sport24.az xəbər verir ki, 32 yaşlı ispaniyalı yarımmüdafioəçi Ağdam təmsilçisinin avrokuboklarda 13 illik tarixində yubiley - 100-cü qolunun müəllifi olub. 

 

Maraqlıdı ki, Dani buna topa ilk toxunuşuyla edib. "Dalğa Arena"dakı matçın 90+4-cü dəqiqəsində meydana daxil olan Kintana həmyerlisi Miçel Maderanın məhsuldar ötürməsini qola çevirərək son nöqtəni qoyub - 2:0. Bununla da "Qarabağ" ÇL-in II təsnifat mərhələsinə yüksəlib.

 

Bu 100 qoldan 6-sı Daninin hesabındadı. Özü də yarısını albanlara vurub. Belə ki, Kintana ötən mövsüm "Kukesi"ylə ÇL-dəki cavab matçında penaltiylə dubla imza atmışdı. Sadəcə, onda II təsnifat 3:0 hesabıyla qalib gəldikləri matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiirlmişdi.

 

"Qarabağ"ın avrokuboklarda ilk qolunun müəllifi Bəxtiyar Musayev olub. Keçmiş yarımmüdafiəçi artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunda Finlandiyada "MüPA-47"ylə 1:1 hesabıyla nəticələnən cavab görüşünün 27-ci dəqiqəsində hesabı açıb. 

 

Ağdam klubunun avrokubokarda bombardiri isə eyni zamanda ölkəmizin qitəmiqyaslı turnirlərdə ən sərrast oyunçusu olan Reynaldo Silvadı. "Qarabağ"da 2 müxtəlif vaxtda çıxış etmiş braziliyalı hücumçu 11 dəfə fərqlənib. 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB