TOP 10

Ozobiç "Tofiq Bəhramov"da oynamağı sevir: "Uzun müddət idi başla qol vurmurdum, ancaq ən önəmlisi..."

Futbol
Tarix: 2019-07-18 14:07

"Qarabağ"ın futbolçusu Filip Ozobiç  Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi fikirlərinə matçı dəyərləndirməklə başlayıb. 

 

- "Partizani" bizə çətinliklər yaratdı. Yaxşı rəqiblə qarşılaşırdıq. Taktiki cəhətdən və müdafiədə çox yaxşı oynadılar.

 

- İlk hissədə qol vura bilməməyinizin səbəbi nə oldu?

-  Əsas odur ki, lazım olan qolları ikinci hissədə vuraraq qələbə qazanmağı bacardıq.

 

- Baş məşqçi Qurban Qurbanov fasilədə hansı tapşırıqları verdi?

- Bildirdi ki, sakit oynamaq lazımdır, hər şey yaxşı olacaq.

 

- Başla vurduğunuz qol "Qarabağ"ın mərhələ adlamasına kömək oldu...

- Uzun müddət idi başla qol vurmurdum (gülür). Ancaq ən önəmlisi qalib gəlmək idi. İndi növbəti təsnifat mərhələsinin qarşılaşmalarını gözləyirik.

 

- Növbəti mərhələdəki rəqibiniz İrlandiya "Dundalk"ı barədə məlumatınız varmı?

- Hələ ki, xeyr. Ancaq öyrənəcəyik. Sadəcə, yaxşı hazırlaşmaq lazımdı.

 

- "Partizani"nin "Dandolk"dan güclü olduğunu düşünənlər var. Bu haqda nə düşünürsən?

- Bunu deyə bilmərəm. Hər mərhələdə çətin rəqib olur. Əsas bu matçlara yaxşı hazırlaşmaq və baxımlı oyun göstərməkdir.

 

- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi real görünür?

- İndi bu barədə danışmaq üçün tezdi. Oyun-oyun, mərhələ-mərhələ irəliləmək lazımdı. Sonrasını birlikdə görəcəyik.

 

- "Qəbələ"də olarkən "Dalğa Arena"da avrokubok matçına çıxmışdınız. Bu stadionun sənin üçün necədir?

- Bəli, "Maribor"a qarşı burda oynamışam. Ancaq "Tofiq Bəhramov"da oynamağı sevirəm. Hələ ki, "Dalğa Arena"dayıq, sonra necə olacaq, bilmirəm. Stadionla bağlı bir problemimiz yoxdu.

 
06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB