TOP 10

“Qalatasaray” milli üzvü ilə güclənir

Dünya Futbolu
Tarix: 2019-07-18 14:35

Türkiyə çempionu “Qalatasaray” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Fulhem” klubundan Jan Mikael Seri ilə danışıqlara başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 


Seri 2019/20 mövsümünü icarə əsasında “Qalatasaray”da keçirəcək.


2015-ci ildən Fil Dişi Sahili yığmasının şərəfini qorumağa başayan futbolçu, 2017-ci ilin yayında 30 milyon avro qarşılığında “Nitsa”dan “Fulhem”ə keçmişdi. Son mövsümdə Premyer Liqada 32 oyunda iştirak edən 27 yaşlı yarımmüdafiəçi, bir qolla yadda qalıb.

05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB