TOP 10

Vaqner matçın ən yaxşısı olmağıyla razı deyil: "Çox təəssüf ki, rəqibi seçmək ixtiyarımız yoxdu"

Futbol
Tarix: 2019-07-18 11:18

“Qarabağ”ın qapıçısı Vaqner da Silva Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubuna qarşı cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, 33 yaşlı braziliyalı qolikper öncə matçla bağlı danışıb:

 

- Oyunun ən yaxşısı olmağımla razı deyiləm. Komanda oyunu nümayiş etdirdik. Hər şeyi ortaya qoyduq. Komanda yoldaşlarımı təbrik edirəm. Stadiona gələn hər bir azarkeşə minnətdaram ki, sona qədər dəstək oldular.
 


- Oyunun ikinci hissəsində vacib qurtarış etdin. Həmin epizod həlledici an oldu?
- İstənilən halda, qapıçı üçün qurtarış etmək sevindirici haldı. Buna görə də bundan bir növ zövq alırıq. Ancaq bu qələbə komandanındı. Çünki hamı bərabər əziyyət çəkdi. İndi diqqətimizi növbəti oyunlara kökləməliyik.
 
 

- İkinci mərhələdə “Riqa”nı arzu edirdin, yoxsa “Dandolk”u?
- Çox təəssüf ki, rəqibi seçmək ixtiyarımız yoxdu. Bizə mərhələni keçmək lazım idi. Artıq kiminlə qarşılaşacağımız önəmli deyil. Matça ciddi hazırlaşmalıyıq.
 
 

- “Qarabağ”ın yeni qapıçı alacağı iddiaları var. Rəqabətə hazırsan?
- Bu sual mənə aid deyil. Rəqabətdən heç zaman qorxmamışam. Karyeram dövründə hər zaman rəqabət yaşadım və buna hazıram. Digər qapıçımız Şahruddin Məhəmmədəliyevdə böyük potensial görürəm. Azərbaycanın böyük qapıçılarından biri olacaq. Rəqabətdən çəkinmirəm. Bu məsələ klubun üzərinə düşür.

 

05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB