TOP 10

Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

Dünya Futbolu
Tarix: 2019-07-18 02:41

Futbol üzrə Afrika Millətlər Kubokunda 3-cü yer uğrunda oyun keçirilib. Sport24.az xəbər verir ki, bürünc medallar uğrunda yarımfinalda məğlub olmuş iki kollektiv – Tunis və Nigeriya yığmaları qarşılaşıb.
 

Oyunun taleyini 1 qol həll edib. Nigeriyalı futbolçu İqalonun 3-cü dəqiqədə rəqib qapısından keçirdiyi top onun komandasına bürünc medal qazandırıb – 1:0.


Qeyd edək ki, Afrika Millətlər Kubokunun finalında Seneqal və Əlcəzair milli komandaları üz-üzə gələcək. Həlledici oyun iyulun 19-da keçiriləcək.

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB