TOP 10

Super Liqada yeni mövsümün püşkü atıldı

Dünya Futbolu
Tarix: 2019-07-18 10:54

Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümün püşkü atılıb. Sport24.az xəbər verir ki, “Trabzonspor”un əfsanəvi futbolçusu Cemil Ustanın adının verildiyi 2019/20 mövsümünə avqustun 16-da start veriləcək. İlk dövrə dekabrın 29-da başa çatacaq. İkinci dövrə 2020-ci il yanvarın 17-də başlayacaqsa, mövsümə mayın 17-də baş tutacaq 34-cü turun oyunlarıyla yekun vurulacaq.


Mövsümün açılış turunda son çempion “Qalatasaray”ı elitaya yeni çıxan “Dənizlispor”la səfər oyunu gözləyirsə, “Fənərbaxça” doğma meydanda Super Liqanın digər yeni iştirakçısı “Qaziantepspor”la üz-üzə gələcək. “Beşiktaş” isə “Sivasspor” səfərinə yollanacaq.


Türkiyə Super Liqası
1-ci tur
(16-19 avqust)


Sivasspor - Beşiktaş
Fənərbaxça - Qaziantepspor
Yeni Malatyaspor - Başakşəhər
Gənclərbirliyi - Rizəspor
Kasımpaşa - Trabzonspor
Kayserispor - Alanyaspor
Konyaspor - Ankaragücü
Dənizlispor - Qalatasaray
Göztəpə - Antalyaspor

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB