TOP 10

1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

Dünya Futbolu
Tarix: 2019-07-18 01:10

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, ilk oyun günündə 6 görüş keçirilib. Bu qarşılaşmalardan sonra ÇL-də 2-ci təsnifat mərhələsinə yüksələn ilk 6 komanda bəlli olub. Bu sevinci “Nımme Kalyu”, “Saburtalo”, HİK, “Valletta”, TNS və “Srvena Zvezda” klubları yaşayıb.


Bu gün isə 2-ci mərhələyə yüksələn daha 10 klubun adına aydınlıq gəlib. Qazaxıstan “Astana”sı Rumıniyanın “ÇFR Kluj” klubunun qonağı olub. İlk oyunda rəqibi üzərində minimal hesablı qələbə qazanan Roman Qriqorçukun yetirmələri, cavab görüşündə bu nəticəni qorumağa çalışsa da, istəyinə nail ola bilməyib və ÇL-dən kənarda qalıb.


Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” da Albaniyanın “Partizani” klubu ilə cavab oyununa çıxıb. “Dalğa Arena”da oynanılan qarşılaşmada inamlı qələbə qazanan təmsilçimiz növbəti mərhələyə yüksəlib. 


“Qarabağ” 2-ci təsnifat mərhələsində “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaqdı. Bu komandalar cütün taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq oynayan İrlandiya çempionu Ağdam klubuna rəqib olub.


UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları


16 iyul


Şkendiya (Makedoniya) – Nımme Kalyu (Estoniya) 1:2
Qol: İbrahimi, 62-pen – Ugge, 6. Liliu, 90+1.
İlk oyun – 1:0


Saburtalo (Gürcüstan) – Şerif (Moldova) 1:3
Qol: Roloviç, 59 – Latif, 3. Marqelaşvili, 8-öz qapısına. Rambe, 11.
İlk oyun – 3:0


HB Torshavn (Farer adaları) – HİK (Finlandiya) 2:2
Qol: Pingel, 17. Andersen, 56 – Riski, 60; 77.
İlk oyun – 0:3


Valletta (Malta) – Düdelanj (Lüksemburq) 1:1
Qol: Fontanella, 35 – Pokar, 59.
İlk oyun – 2:2


Ferronikeli (Kosovo) – TNS (Uels) 0:1
Qol: Ebbe, 67.
İlk oyun – 2:2


Srvena Zvezda (Serbiya) – Suduva (Litva) 2:1
Qol: Boakye, 4. Marin, 29 – Topçaqiç, 90+6.
İlk oyun – 0:0


17 iyul


Riqa (Litva) – Dandalk (İrlandiya) 0:0 (penaltilər 4:5)
İlk oyun – 0:0


AİK (İsveç) – Ararat (Ermənistan) 3:1
Qol: Qoytom, 47; 52. Larsson, 62-pen – Kobyalko, 77.
İlk oyun – 1:2


Qarabağ (Azərbaycan) – Partizani (Albaniya) 2:0
Qol: Ozobiç, 51. Kintana, 90+4.
İlk oyun – 0:0


Rusenborq (Norveç) – Linfild (Şimali İrlandiya) 4:0
Qol: Konradsen, 20; 51. Akintola, 69. Helland, 85.
İlk oyun 0:2


Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarstan) 2:3
Qol: Terziyev, 24. Heyster, 69-öz qapısına – Xaratin, 17. Skvarka, 21. Nquen, 48.
İlk oyun – 1:2


ÇFR Kluj (Rumıniya) – Astana (Qazaxıstan) 3:1
Qol: Omrani, 10; 73. Postnikov, 26-öz qapısına – Murtazayev, 4.
İlk oyun – 0:1


Pyast (Polşa) – BATE (Belarus) 1:2
Qol: Çervinski, 21 – Moukam, 82. Volkov, 87.
İlk oyun – 1:1


Maribor (Sloveniya) – Valyur (İslandiya) 2:0
Qol: Kronaveter, 11. Tavares, 32.
İlk oyun – 3:0


Sutyeska (Monteneqro) – Slovan (Slovakiya) 1:1 (penaltilər 3:2)
Qol: Sofranats, 90+3 – Sporar, 49.
İlk oyun – 1:1


Seltik (Şotlandiya) – Sarayevo (Bosniya və Herseqovina) 2:1
Qol: Kristie, 26. Makqreqor, 75 – Tatar, 62.
İlk oyun – 3:1

05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB