TOP 10

Araz Abdullayev hücumçu kimi özünü narahat hiss etmir: "Yaxşı hazırlaşmalıyıq ki, "Dundalk"ı da keçək"

Futbol
Tarix: 2019-07-18 09:00

"Qarabağ"ın futbolçusu Araz Abdullayev Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, hücumçu əvvəlcə oyun haqda danışıb.

 

- Rəqib komanda çox intizamlı müdafiə olunurdu. Belə müdafiəni yarmaq heç də asan deyil. Amma bunu komanda şəklində bacardıq. Bütün "Qarabağ" azarkeşlərini  =bu qələbə münasibətilə təbrik edirəm. 

 

- Zaman keçdikcə həyəcan sizi daha da boğurdumu? Yoxsa, sakitlik öz yerindəydi?

- Komandada danışmışdıq ki, qol vura bilməsək də, tələsməyəcəyik. Sonadək səbrli olacağıq.

 

- "Vorskla"ya qarşı tək hücumçu kimi oynamışdın. Bəs, bu gün özünü bu mövqedə narahat hiss etmirdin?

- Xeyr. Baş məşqçi harada məsləhət görürsə, çalışıram ki, o mövqedə özümü doğruldum. Bildiyiniz kimi, rəqib komanda çox müdafiə olunurdu. Çalışırdım ki, daha çox boş hissə buraxsınlar.

 

- Qarşıdakı rəqib "Dundalk" olacaq. İrlandiya komandasının yox, "Riqa"nın olmasını istərdinizmi?

- Bütün komandalar ciddi rəqiblərdir. Yaxşı hazırlaşmalıyıq ki, bu mərhələni də keçək.

 

- Favorit "Qarabağ" olacaq. Mərhələni keçmək real görünürmü?

- Əvvəlcədən heç nə demək istəmirəm. Amma qalib gəlmək üçün hazırlaşacağıq.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB