TOP 10

Tahir Gözəl yeni transferlərin "Qarabağ"ı irəli apara biləcəyini sayır: "Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki..."

Futbol
Tarix: 2019-07-18 00:47

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının I təsnifat mərhələsində evdə "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra  brifinq keçirib. Sport24.az xəbər verir ki, klub rəsmisi öncə qarşılaşma haqda danışıb.

 

- Gördüyünüz kimiki, rəqib qapalı oynayırdı. "Partizani"nin məqsədi qarşılaşmanı penaltilər seriyasınadək davam etdirmək idi. Rəqibi də təbrik edirəm. Bizim ilk qolumuzdan sonra oyun açıldı. Çox yaxşı matç alındı. "Qarabağ" çox gözəl çıxış etdi. Yeni futbolçularımızdan da çox razıyam. Hamı yaxşı oynadı, amma Abdullah Zubiri xüsusən vurğulayardım. Hamımızın ürəyi açıldı.

 

- Yəqin ki, son dəqiqələrdə daha da həyəcanlandınız....

- Bəli, biz qol vurduqdan sonra onlar da açıq oynadılar. Məncə, elə əsas oyun bundan sonra başladı.

 

- Bu mövsüm arvokuboklarda hədəf nədir?

- Transferlərimiz oldu. Türkiyədən məşqçimiz gəldi. Yerli futbolçular yetişdirməyə çalışırıq. Hər zaman istəmişəm ki, "Qarabağ"ın heyətində azərbaycanlı oyunçular çox olsun. Bu gün də yeni hücumçunun transferi açıqlandı. Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki, bu futbolçular komandaya tez uyğunlaşsınlar.

 

- Sizcə, yeni transferlər komandanı irəli apara bilər?

- Tez uyğunlaşsalar, bəli. Çox təcrübəli futbolçulardır. "Qarabağ"ın oyununa nə qədər tez alışacaqlar, bilmirəm. Bu da Qurban Qurbanovun işidir.

 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB