TOP 10

Qurban Qurbanov ilk qələbəni şərh etdi: "Bəlkə də ilk mərhələdə görüşdüyümüz ən çətin rəqiblərdən idi"

Futbol
Tarix: 2019-07-17 23:20

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu 2:0 hesabıyla məğlub etdikləri görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəəlcə matç haqda danışıb.

 

- Öncə futbolçularıma təşəkkür etmək istəyirrəm. Çox səbrlə oynadılar. Şükür Allaha ki, hər şey bizim tərəfdə oldu. Baxımlı oyun alındı. "Partizani" bəlkə də ilk mərhələdə görüşdüyümüz ən çətin rəqiblərdən idi. Müdafiə olunmaqdan yorulmur, həzz alırdılar və sürətli əks-hücumlar edirdilər. Hər bir futbolçumuz çox istəkli idi. Möhtəşəm azarkeşlərimizə də təşəkkür edirəm.

 

- İlk oyundan sonra komandanız ağır görünməsiylə yadda qaldı və buna görə təndiq olundu. Ancaq bu dəfə sürətli komanda gödük. Doğrudanmı, bu bir həftə lazım idi?

- Açığı, heç bir təndiqə rast gəlməmişəm (gülür) Ola bilər ki oxumamışam. Ancaq komanda tam performasından hələ bir az uzaqdı. Bir sıra futbolçular gec gəldi, oyunçuların hazırlığı fərqli idi. Nə qədər hazırlaşsaq da, stabil oyunlar tam başqadı. Bir az da səbrli olmalıyıq. İki yeni transferimizin də növbəti mərhələyə sifariş olunmasında problem yaşamamalıyıq.

 

- Bədavi Hüseynovun zədəsi nə yerdədi?

- Növbəti mərhələdə oynaması sual altındadı. Ola bilər ki, növbəti mərhələdə cavab matçını da buraxsın. Əzələ dartmasıdı, vaxt lazımdı.

 

- Bu müddətdə mərkəz müdafiəçisi transefri gözlənilir?

- Bəzi transferləri edə bilmərik. Yeni müdafiəçimizin üstün cəhəti odur ki, hər iki cinahda oynayır. Buna əsasən Maksimi mərkəzdə oynada bilərik. Bu variantı nəzərə alaraq yeni müdafiəçini transfer etmişik.

 

- Növbəti rəqib "Dandolk" haqda fikirləriniz...

- Hələ fikir söyləmək tez olar. Çünki rəqibi daha ətraflı öyrənəndən sonra fikir bildirə bilərik. Uzaq səfərə çıxacağıq ki, bu da yoğrunluq yaradır Çətin rəqib olduğu göründü.

 

- Hər iki matçda çox qol epizodu boşa verildi. Bu, nəylə bağlıdı?

- İstəməzdik ki, belə olsun. Rəqibin müdafiəçilərinin oyununu almaq lazımdı. Qol buraxmamaq üçün hər şey edirlər.

 

- "Qarabağ"ın bu iki oyununda daha çox hücumameylli oyun gördük. Bu, oyun üslubunda dəyişikliklə bağlıdı. yoxsa rəqibə görə oldu?

- Bu dəfə də topa daha çox sahib olduq. Çox səbrlə oynadılar. Orda da görmüşdük ki, rəqib boş zona vermir. Səfərdə bir o qədər hücumlarımız olmamışdı. Əlbəttə, evdə azarkeş dəstəyi ilə rəqibi daha çox öz qapına sıxa bilirsən.

 

- Aylton ilk rəsmi oyununa çıxdı. Onun çıxına necə qiymət verərdiniz? Donald Geryeni layiqincə əvəzləyə biləcəkmi?

- Normal. Oyun təcrübəsi azdı. Əvvəlki formasından uzaqdı. Xeyli vaxtdı rəsmi oyundan kənarda qaldı. Yaşı az olsa ad, təcrübəsi dərhal bilindi. Hər hansı futbolçuyla müqayisə etmək istəməzdik. İlk oyun üçün pis alınmadı. Ancaq daha hərəkətli olmalıdı. Bu da zaman keçdikcə yoluna qoyulmalıdı.

 

 

 

MEHMAN SÜLEYMANOV

 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB