TOP 10

“Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

Futbol
Tarix: 2019-07-17 23:20

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, Ağdam klubu növbəti mərhələdə İrlandiya çempionu “Dandalk”la qarşılaşacaq.
 

Sözügedən komanda 1-ci təsnifat mərhələsində Latviyanın “Riqa” klubu ilə dueldən qalib ayrılıb. 


İrlandiyada baş tutan ilk oyunda qapılara qol vurulmamışdı. Bu gün Riqada keçirilən cavab görüşünün də əsas vaxtı qolsuz yekunlaşıb. Tərəflər əlavə yarım saatda da sükutu poza bilməyincə, qalibin müəyyənləşdirilməsi üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Dandalk” 2-ci təsnifat mərhələsində oynamaq hüququ qazanıb – 5:4.


Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab qarşılaşmaları isə ayın 30-31-də baş tutacaq. Matçların dəqiq tarixi isə qarşıdakı günlərdə müəyyənləşəcək. Püşkə əsasən, “Qarabağ” bu mərhələdəki ilk matçını da səfərdə, cavab oyununu Bakıda keçirməlidi.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB