TOP 10

"Partizani"nin baş məşqçisi cəzalandırıldı - "Qarabağ"ın qolundan sonra etdiyi hərəkətə görə

Futbol
Tarix: 2019-07-17 22:17

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan Albaniyanın "Partizani" klubunun baş məşqçisi Franko Lerda cəzalandırılıb. Sport24.az xəbər verir ki, komandasının ikinci hissənin əvvvəlində top buraxmasından çox əsəbiləşən italiyalı mütəxəssis yanındakı plastik butulkaya təpiklə zərbə vuraraq onun meydançaya daxil olmasına səbəbkar olub.

 

Təmsilçimizin sağ cinah müdafiəçisi Maksim Medvedevi əşyanı qazondan kənara tullayıb. Matçın moldovalı baş hakimi Dumitri Muntyanu top auta çxıan kimi Lerdaya yaxınlaşaraq sarı vərəqə göstərib. O da öz növbəsində bu cəzanın düzgün olmasına əliylə işarə edib.

 

Xatırladaq ki, hazırda "Qarabağ" hesabda 1:0 irəlidədi. 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB