TOP 10

"Keşlə" sabiq legionerini icarəyə götürür

Futbol
Tarix: 2019-07-17 21:09

“Keşlə” sabiq futbolçusu Sezar Meza Kollinin Rumıniyanın “Universitatya Krayova” klubundan icarəyə götürür. Klubdan Sport24.az-a verilən məlumata görə, 28 yaşlı paraqvaylı yarımmüdafiəçi bu gün Bakıya gəlib və tibbi baxışdan uğurla keçdikdən sonra 1 il icarə əsasında köhnə-yeni komandasının formasını geyinəcək.

 

Qeyd edək ki, “Keşlə” Meza Kollini ötən yay hazırda “Səbail”in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Rumıniyanın “Universitatya” klubuna satıb. Paraqvaylı oyunçu 3 illik müqaviləyə qol çəksə də, əsas heyətə düşə bilməyib. Bu, onun ölkəmizə 4-cü gəlişidi. O, "Keşlə"də (əvvəlki "İnter"də) ümumilikdə 3 dəfə çıxış edib, "Zirə"də də forma geyinib. 

05 Dekabr 2019
04 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB