TOP 10

Aftandil Hacıyev fərqli heyətdən danışdı: "Bu yorğunluğun bərpasına 3 gün vaxt lazımdı"

Futbol
Tarix: 2019-07-17 19:59

Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaması çərçivəsində Rumıniyada "Krayova"nın qonağı olacacaq "Səbail"in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. Sport24.az-ın Krayovaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, gənc mütəxəssislə yanaşı komandanın kapitanı Rahid Əmirquliyev də iştirak edib əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- İlk matçda bolqollu oyun izlədik. Zənnimcə, hamı üçün maraqlı bir görüş alındı. Rəqibi artıq daha yaxından tanıyırıq. Bilirik ki, burda bizi daha çətin oyun gözləyir. Baxmayaraq ki, 17 saatlıq yol qət etmişik, sabahkı matçda yaxşı futbol sərgiləməyə çalışacağıq. "Krayova" cütlüyün favoritidi. Komandamız gəncdi. Çalışırıq oyunumuzu inkişaf etdirək. Gələcəkdə təcrübə baxımındanbizə bu oyunun faydası olacaq.

 

- Biz jurnalistlərin canından hələ yol yorğunluğu çıxmayıb. Futbolçular bu yorğunluğu necə çıxaracaqlar? Daha tez, iyulun 15-də yola çıxmaq daha düzgün olmazdımı? 

- Rəqibin 3 saata qət etdiyi yolu biz 17 saata keçmişik. Bu yorğunluğun bərpasına 3 gün vaxt lazımdı. Hesab etdik ki, Bakıda hazırlaşmaq taktiki cəhətdən daha məqsədəuyğun idi. İmkanlarımıza uyğun olaraq səfərə yollanmaq gününü seçdik. Ancaq bu, sabahkı görüş üçün bəhanə olmamalıdı.

 

- İlk matçdakı bolqollu matçın davamını gözləyəkmi?

- Bir səhv bizə baha başa gələcək. Çünki qol buraxsaq, artıq rəqibi 3 dəfə məyus etməli olacağıq. Bu üzdən də çox diqqətli, intizamlı oynamalı və ilk görüşdəki kimi rəqibi təəccübləndirməyə çalışacağıq. 

 

- Elvin Yunuszadənin vəziyyəti nə yerdədi? Sabahkı matçda iştirak edə biləcəkmi?

- Tək Elvin yox, bir neçə futbolçumuz var ki, oynayacaqları sual altındadı. Bugünkü məşqdən sonra qərar verəcəyik ki, hansı heyətlə meydana çıxacağıq.

 

- Bütün oyunçular sırada olacağı təqdirdə, Bakıdakı görüşlə müqayisədə start heyətində dəyişiklik gözlənilirmi?

- Heyətdə dəyişiklik olması mümkündü. Bir sıra yeni futbolçu start heyətdə çıxa bilər. 

 

- Eriko da Silva ilə Rumıniya klubu haqda məlumat almısınız?

- Uzun yox, Rumıniya çempionatı haqda danışmışıq. Komandanız barədə ancaq xoş sözlər işlətdi. İlk matç da onun dediklərini təsdiqlədi.

 

- Sabah 20 minə yaxın azarkeş olacaq. Onların təzyiqi altında oynamağa hazırsınız?

- Azarkeşləriniz barədə ancaq xoş sözlər deyə bilərəm. Arena Tofiq Bəhramov adına stadionumuza bənzəyir. Düşünürəm ki, futbolçularımız bu cür təzyiq altında çıxış ediblər. Ancaq "Səbail" tarixində ilk dəfə bu cür azarkeş qarşısında oynayacaq. Məncə, maraqlı görüş olacaq.

 

- Daxilən hansı hissləri keçirirsiniz? Bu oyunlardan sonra özünüzə verəcəyiniz hesabatda hansı nəticəni planlaşdırırsınız?

- İlk mövsümdəcə avroliqada çıxış etmək hər bir məşqçiyə nəsib olmur. Ancaq heç vaxt əldə olunanla kifayətlənmək istəməmişəm. Yalnız sabahkı oyunla kifayətlənmək istəmirəm. Sonadək mübarizə aparacağıq. Bütün hallarda, bu, böyük bir təcrübə olacaq.

 

- Rahid, kapitan ümumi ab-havanı içəridən duyur. Bakıya uçacaq təyyarənin qanadında II mərhələnin iştirakçısını aparacağı real görünürmü? 

- İlk görüşdə uduzmağımıza baxmayaraq, uzun yolçuluğa rəğmən, istədiyimiz nəticəni əldə edə bilərik. Ab-hava çox yaxşıdı. İnanırıq ki, biz istəyimizə çata biləcəyik. 

 

- Rahid, Maykl Essyenlə komanda yoldaşısan. Gələcəkdə "Universitatya"dan hansı futbolçuyla komanda yoldaşı olmaq istəyərdin?

- Əvvəllər komandanı tanımırdım. Ancaq ilk görüşdən sonra deyə bilərəm ki, 22 və 14 nömrəli futbolçuları çox bəyəndim.

 

 

CEYHUN ƏLİYEV, Krayova

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB