TOP 10

Mahmudov "Şerif"in etdiklərindən sonra sonra diqqətli olmağı vacib sayır: "Bu haqda danışmaq istəmirəm, hər şey göz qabağında idi"

Futbol
Tarix: 2019-07-17 18:00

"Səfərdən 3:0 hesablı yaxşı nəticə ilə gəlmişik. Buna rəğmən, oyuna ciddi hazırlaşmışıq. Hücum futbolu oynamağa çalışacağıq". Sport24. az xəbər verir ki, bun fikirləri "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Moldovanın "Sperantsa" klubuyla Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu haqda danışarkən deyib.

 

Təcrübəli yarımmüdafiəçi  "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, futbolda hər şey mümkündür və rəqib sürpriz edə bilər: "Dünən Moldovada "Saburtalo"ya 0:3 hesabı ilə uduzan "Şerif" səfərdə ilk 10 dəqiqədə 3 top vurmuşdu. Diqqətli olmalıyıq. Rəqib düşərgədə yer alanların hakimlərin bizə kömək etmələri ilə bağlı iddialarına gəlincə, bu haqda danışmaq istəmirəm. Hər şey göz qabağında idi".

 

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sperantsa" oyunu saat 21:00-da başlayacaq. "Ağ-qaralar" ilk matçda 3:0 hesabı ilə qalib gəliblər.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB