TOP 10

Bordinə Efrosun dedikləri maraqlı deyil: "Kişinyovdakı hesab bizi aldatmamalıdı"

Futbol
Tarix: 2019-07-17 17:50

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubuyla cavab matçı öncəsi mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda danışıb.

 

- Əlbəttə, sabah bizi çətin oyun gözləyir. Bu, futboldu, gözlənilməz nəticələr tez-tez olur. Ona görə sabahkı matça maksimum konsetrasiya olacağıq ki, qələbəmizi qazanaq. İlk oyundakı nəticə bizi aldatmamalıdı. Boşalmaz olmaz. Maksimum diqqətli olmalıyıq. İlk oyunda da rəqib bizə çətin anlar  yaşatmışdı. Fasiləyədək real qol imkanı vardı, Səlahət Ağayev bizi xilas etdi. Yenə qol imkanları vardı, ancaq istifadə edə bilmədilər.

 

- İlk oyunla müqayisədə start heyətdə dəyişiklilər gözlənilir?

- Hələ bir gün vaxtımız var. Bugünkü məşqdən sonra məşqçilər heyəti ilə birgə müəyəynləşdirəcəyik.

 

- Zədəli Soni Mustivarla Baqali Dabo nə vaxta tam hazır olacaqlar ki, meydana çıxsınlar?

- Hər ikisi bizim üçün vacib futbolçulardı. Soni əsas komandayla məşqlərə başlayıb. Son həftəni yaxşı çalışıb. Yüksək xarakterə malik futbolçudu, heç vaxt təslim olmur. Bu da tez hazır olmasına, yaxşı hazırlaşmasına imkan verir. Ola bilər ki, onu sabah heyətdə görəsiniz. Daboda da irəliləyiş var. Həkimlərin nəzarəti altında çalışır. Onu da yaxın vaxtlarda meydanda görə biləcəksiniz.

 

- “Arsenal” matçınadək yeni transfer görə biləcəyikmi? Ümumiyyətlə, yeni futbolçuya ehtiyac varmı?

-  Bugünkü gündə yalnız “Sperantsa”yla matçı düşünürəm. Bu səddi keçəndən sonra digər mövzular haqda da düşünəcəyik. İndi komnadamızda hamı qarşıdakı oyunu düşünür.

 

- Cavab görüşündə hansı nəticə sizi qane edəcək?

- Çalışacağıq ki, hücum futbolu oynayaq, oyunda diqtə edən edən tərəf olaq. Aqressiv oynayaraq qələbə qazanaq. İstənilən hesablı qələbə məni qane edəcək.

 

- Ola bilər ki, “Neftçi” "Arsenal”la matçı düşünərək bəzi sirlərini gizlətsin?

-  Bundan öncə də cavab verdim ki, indi yalnız qarşıdakı matçı düşünürəm.

 

- Moldovada komandanın oyunu sizi nə dərəcədə qane etdi?

-  Mənə vacib olan komandanın oyuna yanaşması idi. Moldovada çempionat davam etdiyindən, rəqib daha hazırlıqlıdı. Futbolçularımız da işə ciddi yanaşdılar. Bəzi səhvlərimiz oldu ki, rəqib sürətli futbolçuları sayəsində qapımız qarşısında təhlükəli vəziyyətlər yaratdı. Çalışacağıq ki, bunları təkrarlamayaq. 

 

- Həmkarınız Kristin Efros ilk görüşdən sonra dedi ki, belə qələbə qazansaydı, bir həftə yata bilməzdi. Sabah yaxşı oyunla inamlı qələbə qazanaraq yuxusunu qaçırmaq barədə düşünürsünüz?

- Onun dediklərinə şərh vermək istəmirəm.

 

- Bəlkə onun problemi şəxsən sizlədi ki, onu Moldovada çox udmusunuz? Yəni problem “Neftçi"ylə bağlı deyildi....
- Onunla heç bir şəxsi problemim olmayıb. Efros haqda yox, yalnız komandanın oyunu haqda düşünürəm. Bir azdan moldovalı həmkarımın mətbuat konfransı olacaq ki, suallarınızı ona versəniz, daha uyğun olar.

 

- “Neftçi”nin müdafiə xəttinə Vojislav Stankoviç gəldi. Ancaq ilk matçda Mamadu Mbodju heyətə daxil etməyiniz risklə bağlı deyildi? Gələcək nə göstərəcək?
-  Komandamızda 6 müdafiəçi var ki, bunun 4-ü mərkəzdi. Güclü rəqabət var. Həmin an üçün düşündüm ki, Mbodjla Petrov cütünlüyünə şansı verim. Bəlkə də bugünkü məşqdən sonra əsas heyətdə dəyişiklik olsun. 

 

 

MEHMAN SÜLEYMANOV

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB