TOP 10

Korneliu Papure qəzəbləndi: "Sabah sizə göstərəcəm!"

Futbol
Tarix: 2019-07-17 17:55

Avropa Liüasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Səbail"i qəbul edəcək "Unversitatya"nın baş məşqçisi Korneliu Papure mətbuat konfransı keçirib. Sport24.az-ın Krayovaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Heç vaxt vaxt fikirləşməməliyik ki, mərhələni adlamışıq. Belə etsək, böyük səhvə yol verərik. Konsentrasiyanı bir anlıq belə itirməməliyik.

 

- "Səbail"in hücumçusu Ağabala Ramazanov ilk oyunda dubl etdi. Ona qarşı xüsusi tədbir görüləcəkmi?

- Biz rəqibin bir oyunçusuna qarşı yox, bütöv komandaya qarşı oynamalıyıq. Standart vəziyyətdən buraxdıığımız qolu xatırlayın. Konsentrasiyamızı maksimal həddə çatdırıb, ciddi oyun keçirməliyik.

 

- Zədəli futbolçularınızın durumu nə yerdədi?

- İki futbolçunun zədəli olması bizim üçün çətinlik yaradırdı. Üstəlik daha 2 futbolçumuz sıradan çıxdı. Qarşıdakı görüşdə start heyətini qurmaq çətinlikk= yaradır. Lakin başqa çarəmiz yoxdu. Əlimizdəki futbolçulardan istifadə edəcəyik.

 

- Çikolotonun "Hamburq"a keçidi nə yerdədi?

- Bu barədə xəbərlər dolaşır. Lakin biz onu sabahkı görüşə hazır etmək barədə düşünürük.

 

- İlk görüşdə 3:2 qalib gəlsəniz də, sabah mərhələni adlamasanız hansısa bəhanəniz olacaq?

- Heç bir bəhanəmiz ola bilməz. "Kliniçi" ilə çempionat oyununda da 2 asan top buraxdıq. Bunu göz önünə alırıq. Müdafiədə diqqətli olmalıyıq. Hər epizodda maksimum diqqətli olmalıyıq. Ancaq bir məqamı qeyd edim ki, Avopa Liqası üçün heyəti qurmaq daha asandı. Çünki ölkə çempionatında bir futbolçu 21 yaşdan gənc olmalıdı. Təsəvvür edirəm, belə bir limit Avroliqa mətçında tətbiq olunsaydı və həmin futbolçu səhvə yol versəydi, tribunalar ona nə cür təzyiq göstərərdilər. Yaxşı ki, qitəmiqyaslı yarışda daha təcrübəli oyunçuların xidmətindən istifadə edə bilirik.

 

- Son turda azarkeşlər istefanızı tələb etdi. Bu barədə nə deyə bilərsiniz?

- Bu, onların haqqıdı. Ancaq onlardan belə təpkini gözləmirdim, son dəqiqəyədək dəstək olacaqlarını düşünürdüm. Gördüyünüz kimi, həmin görüşün əsas vaxtına əlavə olunmuş son dəqiqəsində qol vurduq və qələbə qazandıq. 

 

- Qarşıdan "Dinamo" ilə oyun gəlir. Bu görüş "Səbail"ə görə arxa plana keçə bilər?

- Bizi sabah avrokubok oyunu gözləyir. Bütün diqqətimiz sabahkı matçdadı. 

 

- İlk görüşdə şən futbol izlədik, 5 qol gördük. Sabah hesabı qorumağa çalışacağsınız, yoxsa yenə də açıq futbola üstünlük verəcəksiniz?

- Sabah sizə göstərəcəm!

 

- Qeyd edildi ki, "Kliniçi" ilə matçda azarkeşlər sizi istefaya səslədi. Sabahkı matçda "Səbail"in "qəbirqazanınız" olacağını düşünmürsünüz?

- Deyə bilmərəm sabah azarkeşlər nə edəcəklər. Çalışacağıq onları sevindirək. 

 

 

CEYHUN ƏLİYEV, Krayova

21 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB