TOP 10

“Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

Futbol
Tarix: 2019-07-17 15:43

Ötən gün növbəti mövsümə hazırlığın 1-ci mərhələsinə yekun vuran “Sumqayıt” bu gün istirahətə buraxılıb. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda sabah Türkiyəyə yollanacaq. 
 

Qardaş ölkədəki hazırlıq dönəmində 4 sınaq matçı planlaşdıran sumqayıtlıların daha bir rəqibi müəyyənləşib. Belə ki, “gənclik şəhəri" təmsilçisi Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşacaq. 

Rumıniya mətbuatının yaydığı məlumata görə, hazırda qonşu ölkədə təlim-məşq toplanışında olan "Petrolul" daha iki yoxlama görüşü keçirəcək ki, sonuncu rəqib məhz "Sumqayıt" olacaq. Ayxan Abasovun yetirmələri bu komanda ilə iyulun 21-də üz-üzə gələcək.


Daha öncə “Sumqayıt”ın yerli “Akhisar Bələdiyyəspor”la qarşılaşacağı bəlli idi. Bu matç isə avqustun ilk günü baş tutmalıdı.

05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB